“Kapital Bank”ın səhmdarlarına dividendlərin ödənilməsinə başlanılır

“Kapital Bank”ın səhmdarlarına dividendlərin ödənilməsinə başlanılır
# 10 aprel 2020 09:30 (UTC +04:00)

“Kapital Bank” ASC səhmdarlarının 1 aprel 2020-ci il tarixində keçirilən ümumi yığıncağının qərarına əsasən 10 aprel 2020-ci il tarixindən etibarən bankın 31 mart 2020-ci il tarixinə olan səhm sahiblərinə dividentlərin ödənilməsinə başlanacaq. “APA-Economics” bankın yaydığı məlumata istinadən xəbər verir ki, dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bülbül prospekti 60 ünvanında yerləşən bankın mərkəz filialına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR