Martda Bakının torpaq bazarında ucuzlaşma davam edib

Martda Bakının torpaq bazarında ucuzlaşma davam edib
# 13 aprel 2020 14:24 (UTC +04:00)

"Bu ilin mart ayında Bakının torpaq bazarında qiymətlərdə azalma müşahidə olunub".

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, martda torpaqların orta satış qiymətində aylıq ifadədə 0,9% azalma qeydə alınıb: "İllik müqayisədə isə torpaq bazarında qiymətlər 2019-cu il ilin eyni dövrü ilə müqayisədə 7,4% artıb".

Qeyd edək ki, fevralda torpaqların orta satış qiymətində aylıq ifadədə 1,4%, illik müqayisədə 0,8% azalma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR