Mayda ölkə üzrə avtomobil benzini və dizel yanacağına tələbat 30%-dək artıb

#
# 11:50
15 iyun 2020

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına 807,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır. Lakin təkcə ötən ay əhaliyə 180,7 mln. həcmində avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da aprel ayı ilə müqayisədə 28,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR