"Microsoft"un xalis mənfəəti kəskin artıb

"Microsoft"un xalis mənfəəti kəskin artıb
# 28 aprel 2021 14:01 (UTC +04:00)

ABŞ-ın "Microsoft" korporasiyası 2021-ci ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics"in şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, "Microsoft"un xalis mənfəəti I rübdə 15,457 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 44% çoxdur.

Cari ilin yanvar-mart aylarında şirkətin gəlirləri 41,706 mlrd. dollar bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% artıb. "Microsoft" özünün əsas biznes fəaliyyətlərindən əldə etdiyi gəlir isə illik müqayisədə 31% artaraq 17,048 mlrd. dollara çatıb. Şirkətin bir səhmə düşən seyrəltilmiş mənfəəti isə 45% artaraq 2,03 dollara bərabər olub.

Qeyd edək ki, cari ilin I rübündə "Microsoft"un bölməsi olan "Intelligent Cloud"un gəlirləri 23% artaraq 15,118 mlrd. dollar təşkil edib. Digər bölmələrə gəldikdə, "Productivity and Business Processes" bölməsinin gəlirləri illik 15% artaraq 13,552 mlrd. dollar, "More Personal Computing" bölməsinin gəlirləri isə 19% artaraq 13,036 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR