Millət vəkili: “DSMF-nin gələnilki büdcəsi insanların sosial müdafiəsinin gücləndirilməsinə etibarlı təminat yaradacaq”

Millət vəkili: “DSMF-nin gələnilki büdcəsi insanların sosial müdafiəsinin gücləndirilməsinə etibarlı təminat yaradacaq”
# 28 dekabr 2020 11:30 (UTC +04:00)

“Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 340, yaşa görə pensiyaların isə 370 manat olması proqnozlaşdırılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında .“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, DSMF-nin gələnilki büdcəsi insanların sosial müdafiəsinin gücləndirilməsinə etibarlı təminat yaradacaq: “Gələn ilin dövlət büdcəsində ümumiyyətlə, sosialyönümlü xərclərin artırılması proqnozlaşdırılır. Bu da Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tələbidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR