Mənzillərin qiymətlərinin artım tempinə görə dünya şəhərlərinin reytinqi - TOP-20

Mənzillərin qiymətlərinin artım tempinə görə dünya şəhərlərinin reytinqi - TOP-20
# 06 oktyabr 2020 14:09 (UTC +04:00)

"Knight Frank" konsatlinq şirkəti bu ilin II rübündə mənzillərin qiymətlərinin illik müqayisədə artım tempinə görə dünya şəhərlərinin reytinqini dərc edib.

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumatına görə, siyahının ilk pillələrində Türkiyə şəhərləri qərarlaşıb. Belə ki, reytinqin birinci yerində olan İzmir şəhərində son 12 ay ərzində mənzillərin qiyməti 28,1% artıb. Reytinqin ikinci və üçüncü pillələrini isə Ankara (26,4%) və İstanbul (20,2%) bölüşdürür. Rusiyanın Sankt-Peterburq şəhəri (16,2%) siyahının beşinci yerində qərarlaşıb.

Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 150 şəhəri, o cümlədən postsovet ölkələrinin Kiyev (11-ci yer – 11,2%), Tallin (27-ci yer – 7,9%), Vilnüs (35-ci yer – 7%), Moskva (92-ci yer – 2,4%) və Riqa (121-ci yer – 0,1%) şəhərləri də yer alıb. Reytinqi Dehli (-5,8%), Dubay (-6,6%) və Əbu-Dabi (-8,3%) tamamlayır.

Mənzillərin qiymətlərinin artım tempinə görə şəhərlərin reytinqi:

#

Şəhər

Son 1 ildə qiymət artımı, %

1

İzmir (Türkiyə)

28,1

2

Ankara (Türkiyə)

26,4

3

İstanbul (Türkiyə)

20,2

4

Manila (Filippin)

18,3

5

Sankt-Peterburq (Rusiya)

16,2

6

Seul (Cənubi Koreya)

15,2

7

Lüksemburq (Lüksemburq)

13,9

8

Ottava (Kanada)

13,0

9

Zaqreb (Xorvatiya)

12,6

10

Halifaks (Kanada)

11,8

11

Kiyev (Ukrayna)

11,2

12

Lion (Fransa)

10,9

13

Hobart (Avstraliya)

10,8

14

Milan (İtaliya)

10,8

15

Afina (Yunanıstan)

10,5

16

Monreal (Kanada)

10,3

17

Budapeşt (Macarıstan)

9,8

18

Bratislava (Slovakiya)

9,7

19

Buxarest (Rumıniya)

9,6

20

Sidney (Avstraliya)

9,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR