"Moody's" Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu açıqlayıb

#
# 13:30
17 iyun 2020

2020-ci ildə neftin orta qiymətinin 35 ABŞ dolları olduğu təqdirdə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 4,6 faiz bəndi azalacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "Moody's Investors Service" şirkətinin araşdırmasında deyilir.

Qeyd olunub ki, 2021-ci ildə neftin orta qiymətinin 45 dollar səviyyəsində olan ssenaridə isə ölkənin cari əməliyyatlar hesabının ÜDM-ə nisbətinin 4 faiz bəndi azalacağı gözlənilir.

"Moody's" qeyd edir ki, neft ixracatçılarını nəzərə alaraq, bu, orta göstəricidir. Digər karbohidrogen ixracatçılarına gəldikdə, ən böyük zərbəyə Konqo, İraq və Anqola məruz qalacaq. Belə ki, bu ölkələrin təkcə bu ildə cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti müvafiq olaraq 9,8, 6,2 və 6,4 faiz bəndi azalacaq. Bu göstəricidə ən aşağı azalma Papua-Yeni Qvineya, Trinidad və Tobaqo, Rusiya və Bəhreyndə olacağı gözlənilir. Proqnoza görə, sözügedən ölkələrdə 2020-ci ildə cari əməliyyatlar hesabı müvafiq olaraq 0,6, 1,4, 1,9 və 1,5 faiz azalacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-ə nisbəti 6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR