"Moody's" "Bank Respublika"nın depozit reytinqi üzrə proqnozunu "mənfi"yə endirib

"Moody
# 01 aprel 2020 10:16 (UTC +04:00)

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi "Bank Respublika" ASC-nin xarici və milli valyutada uzunmüddətli depozit reytinqi "B3" səviyyəsində saxlayıb, lakin reytinq üzrə proqnozunu "müsbət"dən "mənfi"yə dəyişib.

"APA-Economics"in beynəlxalq reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bu dəyişiklik bankın risk profilinin xarici sarsıntılara yüksək həssaslığını göstərir ki, bu da "Bank Respublika"nın əsasən koronavirus epidemiyasının mənfi təsirinə məruz qalan borcalanlarından asılı olmasını əks etdirir.

Agentliyin məlumatına görə, bankın baza kredit (BCA) və dəqiqləşdirilmiş kredit reytinqlərinin ("adjusted BCA") "b3" səviyyəsində təsdiqlənməsi onun zərərləri bağlamaq üçün qabiliyyətinin yüksək olmasını, ciddi anderraytinq standartlarına və kiçik kredit portfelinə (2019-cu ilin sonuna olan ümumi aktivlərin 34%-i) malik olmasını əks etdirir. Bundan başqa, xarici valyutada verilən kreditlərin (2019-cu ilin sonuna olan ümumi kreditlərin 16%-i) limitli olması da bankın baza kredit reytinqinin bu səviyyədə olmasına təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR