"Moody's" Böyük Britaniyanın reytinqini endirib

"Moody
# 19 oktyabr 2020 09:59 (UTC +04:00)

"Moody’s" reytinq agentliyi Böyük Britaniyanın emitentin uzunmüddətli kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib. Reytinq üzrə proqnoz isə "mənfi"dən "sabit"ə yüksəldilib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody’s" buna səbəb olaraq ölkənin Avropa İttifaqından çıxması qərarı fonunda iqtisadi potensialın azalmasını göstərir. İqtisadi artımı əngəlləyən mühüm amillər içində isə Böyük Britaniya iqtisadiyyatına ciddi təsir göstərən COVID-19 pandemiyası əsas olaraq göstərilir. Reytinq üzrə "sabit" proqnoz ölkənin daxili iqtisadi və institusional gücünü, həmçinin agentliyin dövlət borcunun mövcud səviyyədə sabitləşəcəyini gözlədiyini əks etdirir.

Qeyd edək ki, "Moody’s" eyni zamanda İngiltərə Bankının da ("Bank of England") emitentin uzunmüddətli kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR