"Moody's" MDB-nin maliyyə bazarının əsas riskələrini açıqlayıb

"Moody
# 17 noyabr 2020 11:30 (UTC +04:00)

"Moody's Investors Service" MDB ölkələrində xarici balansların genişlənməsi və yerli valyutalara zəif inam sözügedən regionun maliyyə bazarlarını dəyişiklərə həssas saxladığını qeyd edir.

"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, Rusiyanın güclü maliyyə buferləri ölkəni böhrandan izolyasiya etsə də, MDB məkanında Rusiyaya qoyulacaq yeni sanksiyalar, Belarusda mövcud olan siyasi qeyri-sabitlik və Azərbaycanla Ermənistan arasında cərəyan edən gərginlik əlavə iqtisadi və maliyyə təzyiqlər riskini artırır.

"Moody's"ə görə, COVID-19 epidemiyasının yaratdığı iqtisadi şoklar və neftin qiymətinin azalması kreditlərin dəyərsizləşməsini (borcalanın kredit təşkilatı qarşısında borc öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi səbəbindən kreditin dəyərinin itkisi) ikiqat artıracaq: "Rusiya banklarının kredit portfelləri daha dayanıqlı olduğu üçün təsirlər ölkəyə görə dəyişəcək. Bankların güclü kapital buferləri aktivlərin keyfiyyətinin pisləşməsini yumşaldacaq".

"Sosial izolyasiya MDB ölkələrində rəqəmsal bankçılıq və nağdsız ödəniş xidmətlərinin inkişafına təkan verəcək. Bank əməliyyatlarının sayının artması sayəsində ödəniş və komissiya gəlirləri artacaq və mobil kanallara keçid bankların əməliyyat səmərəliliyini yüksəldəcək. Yeniliklərin inkişaf etdirilməsini ən yaxşı şəkildə bacaran banklar rəqabətin mənzərəsini dəyişəcək", - agentliyin açıqlamasında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR