"Moody's" "Xalq Bank"ın depozit reytinqi üzrə proqnozunu "mənfi"yə endirib

"Moody
# 01 aprel 2020 09:38 (UTC +04:00)

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi "Xalq Bank" ASC-nin xarici və milli valyutada uzunmüddətli depozit reytinqini "B2" səviyyəsində təsdiq edib, lakin reytinq üzrə proqnozunu "stabil"dən "mənfi"yə dəyişib.

"APA-Economics"in beynəlxalq reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bu dəyişiklik bankın bir tərəfdən aktivlərinin keyfiyyətinin onun borcalanların kredit qabiliyyətinin zəifləməsinə yüksək həssaslığını əks etdirir, hansılar ki, bu vəziyyətə aşağı neft qiymətləri və koronavirus pandemiyasının təsirindən düşüb. Digər tərəfdən isə bankın depozit reytinqini "B2" səviyyəsində qalması ASC-nin rezervlərinin formalaşmasından əvvəl olan sabit mənfəətini əks etdirir.

Agentliyin məlumatına görə, “Xalq Bank”ın kredit portfelinin əsasən xarici valyutada götürülmüş kreditlərdən ibarət olması (76%) aşağı neft qiymətlərinin uzun müddət davam etdiyi təqdirdə onun borcalanlarını Azərbaycan manatının devalvasiya risklərinə qarşı çox həssas edir.

"Moody's" yüksək kredit itkiləri və xalis faiz marjasının daralması bankın gəlirliliyinə mənfi təsir edəcəyini gözləyir.

Bundan başqa, "Moody's" bankın kapitallaşmasının yaxşı səviyyədə olduğunu da qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR