"Moody’s" ilk dəfə "midstream" sektoru üzrə proqnozunu azaldıb

"Moody’s" ilk dəfə "midstream" sektoru üzrə proqnozunu azaldıb
# 11 iyun 2020 10:00 (UTC +04:00)

"Moody’s" beynəlxalq reytinq agentliyi qlobal neft-qaz emalı, saxlanması, daşınması və marketinqinin daxil olduğu "midstream" sektoru üzrə proqnozunu ilk dəfə olaraq "stabil"dən "mənfi"yə dəyişib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "midstream" sektorunun sabitliyini təmin edən struktur xüsusiyyətlər olsa da, bu gün neft-qaz sektorunun tələb və təklifin volatilliyi ilə eyni vaxtda mübarizə apardığına görə sözügedən sektor mənfi təsirlə üzləşir.

"Moody’s"in proqnozuna görə, "midstream" sektorunun faiz, vergidən və amortizasiya xərclərindən əvvəlki mənfəəti (EBITDA) bu il 5% azalacaq. Agentlik qeyd edir ki, 2020-2021-ci illərdə bu sahədə olan şirkətlər kapital xərclərini 20-30% azaldacaq.

Bundan əlavə, "Moody’s" görə, bu il "Midstream" sektorunda neft kəmərləri şirkətlərinin xam neftin nəqlindən gələn gəliri azalacaq, təbii qaz kəmərlərindən gəlirləri isə stabil qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR