Mərkəzi Banka yeni səlahiyyət verilib

Mərkəzi Banka yeni səlahiyyət verilib
# 20 noyabr 2020 13:08 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən "Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR