Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 0,9% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 0,9% artıb
# 11 iyun 2020 15:16 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,9% artaraq 1 007 285,5 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq 2 189,8 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-may aylarında sənaye üzrə 450 876,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyib.

Hesabat dövründə vəsait qoyuluşları çərçivəsində Muxtar Respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 404 425,2 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR