Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 2,3% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 2,3% artıb
# 16 aprel 2020 10:53 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 548 388,9 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq 1 192,1 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin birinci rübündə sənaye üzrə 251 769,6 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini 2,1% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR