Naxçıvanda kreditləşmənin həcmi kəskin artıb

#
# 10:00
20 may 2020

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52,11 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, verilən kreditlərin 7,82 mln. manatdan çoxu və yaxud 15%-i qısamüddətli, 44,28 mln. manatdan çoxu və yaxud 85%-i uzunmüddətli kreditlər olub.

1 may 2020-ci il tarixə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 86 758-ə çatıb ki, bunun da 76084-ü və ya 87,7%-i aktiv hesablardır. 2020-ci ilin yanvar-aprel aylarında açılan 11914 bank hesabının 11912-si aktiv hesablar olub.

1 may 2020-ci il tarixinə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 289-a çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR