Naxçıvanda orta aylıq əməkhaqqı 527 manatı ötüb

Naxçıvanda orta aylıq əməkhaqqı 527 manatı ötüb
# 28 oktyabr 2020 10:34 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 527,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR