Naxçıvanda rabitə xidmətlərinin dəyəri 2%-ə yaxın artıb

Naxçıvanda rabitə xidmətlərinin dəyəri 2%-ə yaxın artıb
# 11 iyun 2020 15:56 (UTC +04:00)

Bu ilin yanvar-may ayları üzrə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 21 931,1 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 79,5%-i mobil rabitənin payına düşüb. Bu ilin ilk beş ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 2% üstələyərək 17 449,7 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR