Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 1%-dək artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 1%-dək artıb
# 28 oktyabr 2020 15:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 797,95 mln. manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,9% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin doqquz ayında əsas kapitala yönəldilən vəsaitin 764,37 mln. manatdan çoxu və ya 95,8%-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da bir il öncəki göstəricidən 1,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR