Naxçıvanın ÜDM-i 0,7% artıb

Naxçıvanın ÜDM-i 0,7% artıb
# 28 oktyabr 2020 09:48 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,7% artaraq 2 101 254,0 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 4 564,0 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-sentyabr aylarında sənaye üzrə 836 951,4 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR