Naxçıvanın xarici ticarət dövriyyəsi 3% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 3% artıb
# 11 iyun 2020 15:26 (UTC +04:00)

Bu ilin yanvar-may ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 2,9% üstələyərək 155 506,4 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə bu ilin ilk beş ayında ixracın həcmi 0,6% artaraq 128 159,4 min dollar olub. Hesabat dövründə idxalın həcmi 27 347,0 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 15,4% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR