Naxçıvanın xarici ticarət dövriyyəsi 9%-dən çox artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 9%-dən çox artıb
# 14 mart 2020 13:44 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-ci ilin müvafiq dövrünün göstəricisini 9,4% üstələyərək 51 156,2 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk iki ayında ixracın həcmi 0,6% artaraq 37 044,6 min dollar olub. Hesabat dövründə idxalın həcmi 14 111,6 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 41,9% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR