Nazir: "Pandemiya səbəbindən Azərbaycanın idxal-ixracında azalma müşahidə olunur"

#
# 11:09
30 iyun 2020

Pandemiya səbəbindən Azərbaycan idxalında 5%-dək azalma müşahidə olunur.

"APA-Economics"in məlumatına görə, bunu mətbuat üçün təşkil olunmuş brifinqdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ixracda da azalma müşahidə olunur: "Təxminən 10 günə müvafiq statistika açıqlanacaq və orada rəqəmlər əks olunacaq", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR