Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə sərmayələrini artırıb

Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə sərmayələrini artırıb
# 03 may 2021 15:17 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxmaq şərti ilə) 2021-ci il 31 mart tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-nin cari ilin I rübünün yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 31 mart 2021-ci il tarixinə qeyd olunan göstərici 57,1% təşkil edib, bu da 31 dekabr 2020-ci ilə olan göstərici ilə müqayisədə 2,2% bəndi çoxdur.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 11,9%-i "AA" reytinqli, 20,9%-i "A" reytinqli, 8,8%-i "BBB" reytinqli, 1,3%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 38%-i 0-1 il, 25,7%-i 1-3 il, 22,6%-i 3-5 il, 13,7%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 42 760,99 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR