OECD: Qlobal birbaşa xarici investisiyaların həcmi ötən il 15 illik minimuma enib

OECD: Qlobal birbaşa xarici investisiyaların həcmi ötən il 15 illik minimuma enib
# 04 may 2021 17:57 (UTC +04:00)

2020-ci ildə qlobal birbaşa xarici investisiyaların həcmi 38% azalaraq 846 mlrd. ABŞ dolları təşkil edib ki, bu da son 15 ildə qeydə alınmış ən aşağı göstəricidir.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yenilənmiş hesabatında deyilir.

Qeyd edilir ki, ötən il investisiya axını qlobal ÜDM-nin cəmi 1%-ni təşkil edib, bu da 1999-cu ildə bəri ən aşağı göstəricidir.

Ötən il təkcə OECD ölkələrinə birbaşa xarici investisiyaların axını 51% azalaraq və burada İsveçrə və Niderlandın pis göstəriciləri mühüm rol oynayıb. G20 ölkələrində birbaşa xarici investisiyaların həcmi pis sayılmayan 9% səviyyəsində azalıb və bu halda Hindistan və Çinin yaxşı göstəriciləri rol oynayıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan xaricə 825,3 mln. dollar dəyərində birbaşa investisiya yatırıb və 55,5 mln. dollar məbləğində xaricdən birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 769,8 mln. dollar və ya ÜDM-nin 1,8%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR