Ötən il ölkə əhalisinin nominal gəlirləri 50845,1 milyon manat təşkil edib

Ötən il ölkə əhalisinin nominal gəlirləri 50845,1 milyon manat təşkil edib
# 08 may 2020 11:28 (UTC +04:00)

2019-cu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4% artaraq 50845,1 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb.

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7% artaraq 614,2 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3060,8 manat, qeyri neft-qaz sektorunda 559,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR