"PAŞA Həyat" müştərilərinə rəqəmsal yenilik təqdim edir

"PAŞA Həyat" müştərilərinə rəqəmsal yenilik təqdim edir
# 27 iyul 2020 16:44 (UTC +04:00)

“PAŞA Həyat” Həyatın Yaşam Sığortası məhsulu üzrə şəxsi kabinetin tamamilə yenilənmiş versiyasını müştərilərinə təqdim edib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, artıq “PAŞA Həyat”ın xidmətlərindən evdən çıxmadan istifadə etmək mümkündür. Müştərilər öz hesablarını istədikləri kimi tənzimləmək, o cümlədən cari müqavilələri idarə etmək, yeni müqavilələr yaratmaq, kredit üçün müraciət etmək, valyuta konvertasiyası etmək, sığorta ödənişini almaq və digər əməliyyatları onlayn qaydada həyata keçirmək imkanı əldə ediblər.

Yenilənmiş şəxsi kabinetin dizaynı da daha müasir, intuitiv və erqonomik olmaqla müştərilərin rəy və istəkləri əsasında tərtib olunub.

mylife.az veb-saytına daxil olmaqla yenilənmiş şəxsi kabinetdən istifadə etmək mümkünür.

Qeyd edək ki, istifadəçilər yeni şəxsi kabinetə alışana qədər müvəqqəti olaraq köhnə dizaynlı şəxsi kabinetdən istifadə etmək imkanına sahib olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR