Parlamentdə Azərbaycanın 2021-ci il üzrə dövlət büdcəsi qəbul edilib - YENİLƏNİB

Parlamentdə Azərbaycanın 2021-ci il üzrə dövlət büdcəsi qəbul edilib - YENİLƏNİB
# 29 dekabr 2020 11:26 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

APA-nın məlumatına görə, büdcənin təqdimatından sonra müzakirələr olub.

Hökumət üzvləri deputatların birinci və ikinci oxunuşda qaldırdığı məsələlərə münasibət bildirib.

Müzakirələrdən sonra 2021-ci il dövlət və icmal büdcənin layihələri səsverməyə qoyularaq qəbul edilib.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.

***

11.02

Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, büdcəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Büdcənin təqdimatından sonra müzakirələr olacaq.

Deputatların birinci və ikinci oxunuşda qaldırdığı məsələlərə hökumət üzvləri tərəfindən cavab veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR