Qazaxıstan ÜDM-i 3% azalıb

Qazaxıstan ÜDM-i 3% azalıb
# 09 sentyabr 2020 14:40 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Qazaxıstanda ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3% azalıb.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov deyib.

Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi mart ayının əvvəlində cari ildə ÜDM-in 4,1% artacağını proqnozlaşdırırdı, lakin apreldə qlobal əmtəə və maliyyə bazarlarındakı çöküşdən sonra gözlənilən göstəriciyə yenidən baxılıb və ÜDM istehsalının bu il 0,9% azalacağı proqnozlaşdırılıb. Sentyabrın 7-də isə Qazaxıstan Milli Bankı bu il ÜDM-in azalma tempi üzrə proqnozunu 1,8%-dən 2-2,3%dək dəyişib. Yanvar-iyul aylarında Qazaxıstan iqtisadiyyatı 2,9% azalıb.

"Əmtəə istehsalı 1,7% artıb. Eyni zamanda, xidmətlər istehsalı 6,1% azalıb. Nəticədə ÜDM istehsalı 3% azalıb", - deyə R. Dalenov bildirib.

Nazir əlavə edib ki, hesabat dövründə istehsal sektorunda tikintidə 6,5%, kənd təsərrüfatında 4,9% və emal sənayesində isə 3,3% artım qeydə alınıb.

Öz növbəsində, xidmət sektorunda daşınmaz əmlakla bağlı əməliyyatlar 4,3%, inzibati xidmətlər – 5,1%, ticarət – 10,5%, nəqliyyat sahəsi isə 16,1% azalıb. Bu arada, bu ilin ilk səkkiz ayında rabitə xidmətlərinin həcmi 8,3% artıb.

Yanvar-avqust aylarında Qazaxıstanın sənaye istehsalı emal sənayesinin 3,3% artması nəticəsində 0,4% artıb. Bununla belə, mədən sənayesində 1,5%-lik azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR