Qazaxıstan rəqəmsal valyuta layihəsini ictimai müzakirəyə çıxarıb

Qazaxıstan rəqəmsal valyuta layihəsini ictimai müzakirəyə çıxarıb
# 05 may 2021 15:39 (UTC +04:00)

Qazaxıstan Milli Bankı rəqəmsal valyutanın faydaları və riskləri, eləcə də emissiya və paylanması yolları ilə bağlı araşdırma aparacaq.

"APA-Economics" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Milli Bankın açıqlamasında deyilir.

Bildirilir ki, əldə olunacaq araşdırmaların nəticəsi, rəqəmsal təngənin buraxılmasına dair qərar qəbul etməyə zəmin yaradacaq. Rəqəmsal təngə qanuni ödəniş vasitəsi olacaq.

Platformanı həyata keçirmək məqsədilə maliyyə bazarı iştirakçılarının ödəmə xidmətləri göstərəcəkləri və Milli Bankın infrastrukturu təmin edəcəyi iki pilləli arxitekturanın olacağı nəzərdə tutulur.

Qazaxıstan Milli Bankı bu işi maliyyə bazarı iştirakçıları, ekspert cəmiyyəti və beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməyi planlaşdırır. Bunu nəzərə alaraq artıq Milli Bank tərəfindən araşdırma hesabatı ictimai müzakirəyə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR