“Rabitəbank” məcburi köçkün ailəsinə 60 min manat maliyyə yardımı edib

#
# 10:18
28 iyul 2020

 

Ölkəmizdə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olaraq “evdə qal” çağırışına həssas təbəqələrin də riayət edə bilməsi və qarşıdan gələn müqəddəs Qurban bayramını öz evlərində qeyd edə bilməsi üçün “Rabitəbank“ ASC mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm aksiya keçirib.

APA-Economics”in banka istinadən verdiyi xəbərə görə, Qurban bayramı ərəfəsində öz korporativ sosial məsuliyyət strategiyasına sadiq qalan “Rabitəbank” 4 nəfərlik ailəyə maliyyə yardımı həyata keçirib. Bank tərəfindən bəhsi keçən Zəngilan rayonunun Ördəkli kəndindən olan məcburi köçkün Hüseynovlar ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması üçün 60 min AZN dəyərində maliyyə yardımı edilib. Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” Hüseynovlar ailəsi ilə görüşərək Bankın maddi dəstəyinin göstəricisi olan sertifikatı təqdim etdi. Ailə başçısı Hüseynov Ramiz bank rəsmilərinə göstərdikləri təşəbbüsdən dolayı minnətdarlığını bildirdi:

“Çox sağ olun ki, pandemiya dövründə məcburi köçkünləri diqqətdən kənar saxlamadınız. Bu müqəddəs bayram günü bizə göstərilən maddi dəstək həyatımızı dəyişən yeni bir başlanğıc oldu. Bu gün bizim üçün ikiqat bayramdır. Bu tarixi heç vaxt unutmayacağıq.”

“Rabitəbank” hər il olduğu kimi 2020-ci ildə də aztəminatlı ailələrin, həssas vətəndaş qruplarının rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam etdiriləcək.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitabank Mobile” adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR