"Rabitəbank" nağd pul kreditinin illik minimal faizini endirib

"Rabitəbank" nağd pul kreditinin illik minimal faizini endirib
# 14 dekabr 2020 12:01 (UTC +04:00)

Azərbaycanın aparıcı və innovativ banklarından biri sayılan “Rabitəbank” müştərilərinə ənənəvi il sonu kampaniyası təklif edir. Qarşıdan gələn 2021-ci il münasibətilə nağd pul kreditinin illik minimal faizi 15,21%-ə endirilib.

14 dekabr – 13 yanvar tarixləri ərzində davam edəcək bu kampaniya ilə 36 ayadək maksimum 20 min manat nağd pul krediti əldə etmək mümkün olacaq. Əldə edilmiş nağd pul kreditinə müddətindən asılı olmayaraq heç bir sığorta haqqı tələb olunmayacaq. “Rabitəbank” nağd pul krediti götürəcək müştərilərə daha bir xoş sürpriz hazırlayıb: kredit əldə edən hər kəsə “Kartmane” debet və ya kredit kartı hədiyyə olunacaq. Üstünlüklərlə zəngin “Kartmane” kartı durmadan artan tərəfdaş şəbəkəsindən 25%-dək keşbek qazandırır. Üstəlik qazanılan keşbekləri “Rabita Mobile” tətbiqi ilə rahatlıqla izləmək və kart balansına köçürmək mümkündür. Tətbiqi yükləmək üçün bu linkə keçid edə bilərsiniz: https://rbt.az/app.

Siz də “Rabitəbank”ın qış fürsətindən faydalanmaq və “Kartmane”yə sahib olmaq üçün endirimli nağd pul kreditini onlayn sifariş edə bilərsiniz: https://rbt.az/qisfurseti.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR