"Rabitəbank" ötən ili 15 mln. manat mənfəətlə başa vurub

"Rabitəbank" ötən ili 15 mln. manat mənfəətlə başa vurub
# 08 iyun 2020 14:16 (UTC +04:00)

"Rabitəbank" ASC 2019-cu il üçün audit hesabatını açıqlayıb. Bankın audit hesabatı beynəlxalq auditor şirkəti KPMG tərəfindən hazırlanıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, beynəlxalq auditorun hesabatına görə, ölkənin 10 ən böyük banklarının sırasında yer alan "Rabitəbank" 2019-cu maliyyə ilini 15 mln. manat mənfəətlə başa vurub. Audit hesabatına əsasən, 2019-cu ilin sonuna bankın aktivləri 728 mln. manat həcmində olub. Bankın aktivləri 2020-ci ilin 31 may tarixində 934 mln. manat təşkil edib.

Hesabatda qeyd edilir ki, bankın kredit portfeli 2019-cu il ərzində 25,6% artaraq 352 mln. manat təşkil edib. Bankın nizamnamə kapitalı 102 mln. manat həcmindədir.

Gəlir xərc hesabatına əsasən bu dövr ərzində "Rabitəbank"ın xalis faiz gəlirləri əvvəlki il ilə müqayisədə 35% artaraq 38 mln. manat, xalis qeyri-faiz gəlirləri isə 21% artaraq 5 mln. manat təşkil edib. Cəmi əməliyyat gəliri 29% artaraq 46 mln. manata, mənfəət isə əvvəlki illə müqayisədə 26% artaraq 15 mln. manata çatıb.

Bankın maliyyə dayanıqlığını nümayiş etdirən göstəricilərdən biri olan ani likvidlik əmsalı audit hesabatına əsasən Mərkəzi Bank tərəfindən tələb olunan "minimum 30%" normasından üç dəfədən çox olaraq 97%, kapital adekvatlığı isə Mərkəzi Bank tərəfindən tələb olunan "minimum 12%" normasından da 3 dəfədən çox olaraq 31,54% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR