"Rabitəbank" özünüməşğulluq proqramına dəstək verib - FOTO ®

"Rabitəbank" özünüməşğulluq proqramına dəstək verib - FOTO ®
# 09 aprel 2020 16:29 (UTC +04:00)

“Rabitəbank” ASC regionda mikro-biznesin inkişafı üçün avadanlıqlar hədiyyə edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, proqrama qoşulan “Rabitəbank” tərəfindən Qusar rayon sakini Viktor Hacağayevə 1 ədəd sintezator “Korg 600”, 1 mikrofon, mikşer və musiqi səs sistemi avadanlıqları hədiyyə olunub və xüsusi sertifikat təqdim edilib.

Bundan əlavə, “Rabitəbank” korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində, sahibkarlara, xüsusən də region sahibkarlarına daima öz dəstəyini göstərir.

Qeyd edək ki, COVID-19 səbəbindən mövcud olan vəziyyətdə bizneslərə və özünüməşğulluq məqamına dəstək prioritet məqamlardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Dövlət tərəfindən yaradılmış maliyyə və təşviq institutları və fondları yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlmiş təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkə başçısı İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulub.

“Rabitəbank” 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil tətbiqi və İnternet Bankinq, “RabitəBot” adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR