Regionlara kredit qoyuluşunun həcmi 3 mlrd. manata yaxınlaşıb

#
# 11:00
4 may 2021

Bu ilin aprel ayının 1-nə Azərbaycan regionlarına ümumi kredit qoyuluşunun həcmi 2,936 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, ilin əvvəlindən bu göstərici 3,8% artıb. Kreditlərin 96%-i milli valyutadadır.

Bankların regionlar üzrə portfelinin ən iri olduğu region Aran iqtisadi rayonudur. Aprelin 1-nə sözügedən regionun kreditləşməsi 746,375 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4% azdır. İkinci pillədə qərarlaşan Gəncə-Qazax iqtisadi rayonunun kreditləşməsi isə 632,2 mln. manat təşkil edib ki, bu da illik ifadədə 1,4% azdır.

Xatırladaq ki, cari ilin aprelin 1-nə ölkə üzrə ümumi kredit qoyuluşunun həcmi 14,352 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 5,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR