Rusiya sərmayə müqabilində əcnəbilərə yaşayış icazəsinin verilməsinə dair qanun layihəsi hazırlayıb

Rusiya sərmayə müqabilində əcnəbilərə yaşayış icazəsinin verilməsinə dair qanun layihəsi hazırlayıb
# 20 noyabr 2020 10:58 (UTC +04:00)

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi əcnəbilərə sadələşdirilmiş qaydada iqtisadiyyata investisiya yatırmaqla Rusiyada yaşamaq icazəsi almağa imkan verən qanun layihəsi hazırlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "İzvestiya" yazır.

Yaşayış icazəsi üçün müraciət etmək üçün namizədlər müəyyən şərtlərdən ən az birini yerinə yetirməlidir. Məsələn, ən azı 15 mln. rubl (təxminən 197 min ABŞ dollar) yatırmaqla yerli şirkətə sahib olmaq. Xarici bir şirkətə də sahiblik etmək olar, lakin belə halda investisiyanın həcmi 50 mln. rubl (656 min dollar) təşkil etməlidir. Şirkət ən azı 3 il fəaliyyət göstərməlidir.

Bundan başqa, səhmdar olmadan yerli biznesə 15 mln. rubl (197 min dollar) yatırmaqla yaşayış icazəsinin almaq mümkün olacağı özlənilir. Belə bir şirkət də ən azı 3 il mövcud olmalı və ən azı 6 mln. rubl (79 min dollar) vergi ödəməli və minimum 25 nəfər işə götürməlidir.

Yaşayış icazəsinin alınması üçün digər bir variant isə fərdi sahibkar kimi qeydiyyatdan keçmək, bu işə 10 mln. rubl (131 min dollar) investisiya yatırmaq və 10 nəfər rusiyalını işlə təmin etməkdir.

Bundan başqa, yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl 3 il müddətində Rusiya dövlət istiqrazlarına və ya 30 mln. rubl (394 min dollar) dəyərində daşınmaz əmlaka sahib olmaq mümkündür.

Rusiyanın iqtisadi inkişaf nazirinin birinci müavini Mixail Babiç "İzvestiya"ya izah edib ki, yaşayış icazəsinin verilməsinin Rusiya iqtisadiyyatına investisiya yatırmaq istəyən əcnəbilər üçün bir stimul olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR