Rusiyada yoxsulların sayı azalıb

Rusiyada yoxsulların sayı azalıb
# 15 aprel 2021 09:48 (UTC +04:00)

Rusiyada gəlirləri yaşayış minimumundan aşağı olan vətəndaşların sayı azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin ("Rosstat") açıqlamasında deyilir.

Qeyd olunub ki, 2020-ci ilin sonunda ölkədə 17,8 mln. yoxsul mövcud idi (ümumi əhalinin 12,1%-i). 2019-cu illə müqayisədə yoxsulların sayı 300 min nəfər azalıb. "Rosstat" vətəndaşların gəlirlərinin artmasını əhalinin həssas qruplarına sosial dəstək proqramları ilə əlaqəli olduğunu izah edir.

Daha əvvəl Hesablama Palatasının rəhbəri Aleksey Kudrin yoxsulluğun azaldılması üçün milli hədəfin təyin olunmuş tarixdən iki dəfə daha sürətli həyata keçirilə biləcəyini demişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR