Rusiyanın ÜDM-i bu il 4-5% azalacaq

Rusiyanın ÜDM-i bu il 4-5% azalacaq
# 23 oktyabr 2020 15:50 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı 2020-ci ildə ölkə ÜDM-in azalması üzrə proqnoz dəhlizini əvvəlki 4,5-5,5%-dən 4-5%-ə endirib.

"APA-Economics"in məlumatın görə, bu barədə bankın dərc etdiyi ortamüddətli proqnozunda deyilir.

Bank 2021-ci ildə Rusiyada ÜDM-in 3-4% (əvvəlki proqnoz 3,5-4,5%) artacağını gözləyir, 2022-ci il üçün proqnoz isə sabit saxlanılıb – 2,5-3,5%-lik artım. 2023-cü ildə Rusiya Bankı ölkə iqtisadiyyatının 2-3% artacağını proqnozlaşdırır.

İqtisadi fəallığın operativ indikatorları Rusiya iqtisadiyyatının bərpasının yavaşladığını göstərir ki, bu da daxili tələbatın dinamikası ilə əlaqələndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR