SOCAR qeyri-neft ixracatçıları arasında builki liderliyini qoruyub

SOCAR qeyri-neft ixracatçıları arasında builki liderliyini qoruyub
# 30 iyun 2020 13:45 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına 57,8 mln. ABŞ dolları ilə (2019-cu ilin yanvar-mayında 87.3mln. dollar) SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata əsasən, daha sonra bu siyahıda "Azərenerji" ASC (40,7 mln. dollar), "Azergold" QSC (31,2 mln. dollar), "Azəralüminium" MMC (25,2 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (10,8 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (4,6 mln. dollar), "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC (822 min dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC (487 min dollar), Naxçıvan MR Dövlət Energetika Xidməti (240 min dollar) və "ASK şüşə" MMC (166 min dolar) qərarlaşıb.

Bundan əlavə, bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində isə "SOCAR Polymer" MMC (51,8 mln. dollar), "Azerbaijan International Mining Company Ltd." şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (39,4 mln. dollar), "Land Lojistic" MMC (36,3 mln. dollar) ilk üçlükdə qərarlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR