"S&P" "Muğanbank"ın kredit reytinqini endirib

#
# 10:40
25 iyun 2020

"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın "Muğanbank" ASC-nin emitentin qısamüddətli və uzunmüddətli kredit reytinqlərini "B-/B"dən "CCC+/C" səviyyəsinə endirib və "CreditWatch" siyahısından silib. Reytinq üzrə proqnoz "mənfi"dir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin endirilməsi mövcud iqtisadi azalma şəraitində bankın biznes modelinin və onun dayanıqlığının həssas olmasını əks etdirir. "Mənfi" proqnoz da buna oxşar olaraq, bankın franşiza və biznes modelinin kifayət qədər xarici dəstək olmadan 12 ay ərzində dayanıqlı ola bilməyəcəyinə dair "S&P"nin gözləntilərini əks etdirir.

"S&P"nin mütəxəssislərinin fikrincə, son iki ayda "Muğanbank"dan depozit axınının dayanmasına baxmayaraq, bankın likvidlik nisbəti pozula bilər. Ən pis ssenariyə görə, "Muğanbank" öhdəliklərini vaxtında yerinə yetirməyi bacarmaya bilər.

Agentliyinin proqnozlarına əsasən, bank 2020-2021-ci illəri zərərlə başa vuracaq və bu, öz növbəsində, riskləri nəzərə alaraq, mənfi kapital adekvatlılığı əmsalı ilə nəticələnəcək. Eyni dövr ərzində problemli kreditlərin payının 35-40%-dək artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, "Muğanbank" ASC 1992-ci ildən fəaliyyət göstərir. Bank ötən ili 8,3 mln. manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR