Şərqi Asiya və Sakit okean regionu son 53 ilin ən zəif iqtisadi artımını yaşayacaq - PROQNOZ

#
# 11:10
29 sentyabr 2020

Dünya Bankı baza ssenarisi üzrə bu il Şərqi Asiya və Sakit okean regionunda iqtisadi artımın 0,9% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in DB-ə istinadən verdiyi məlumata görə, bədbin ssenari üzrə regionda ÜDM-in artım tempinin 0,3% səviyyəsində gözlənilir.  2021-ci ilin baza ssenarisində ÜDM istehsalının 7,4% artacağı gözlənilir, həmin ildə ən pis halda isə artımın 4,5% olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dünya Bankının baza ssenarisində regionun ən güclü iqtisadiyyatına malik olan Çin iqtisadiyyatı üzrə artım proqnozu 2,3%-dən 2%-ə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR