TİB: Azərbaycan Türkiyədən ən çox mal idxal edən ikinci ölkədir

TİB: Azərbaycan Türkiyədən ən çox mal idxal edən ikinci ölkədir
# 25 iyun 2020 13:30 (UTC +04:00)

Bu ilin mart-may aylarında Türkiyə ən çox İsveçrə, Azərbaycan və Venesuelaya məhsul ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə İxracatçılar Birliyi (TİB) məlumat yayıb.

TİB-in məlumatına görə, yeni növ koronovirus pandemiyası ilə əlaqədar ötən ilin eyni dövrü ilə müqayisədə ixracat 33,1% azalıb.

2019-cu ilin mart-may aylarında türk məhsullarına ən çox tələbatı olan ilk üçlükdəki ölkə İtaliya, Almaniya, İspaniya olduğu halda, bu il İsveçrəyə ixrac 42,3 mln. ABŞ dolları artaraq 260,9 mln. dollara, Azərbaycana ixrac 36,3 mln. dollar artaraq 429,4 mln. Dollara, Venesuelaya isə 27,9 mln. artaraq 50,9 mln. dollara yüksəlib.

Qeyd edək ki, 2019-cu ildə TİB-in siyahısında Azərbaycan Türkiyədən məhsul ixrac edən ölkələr sırasında ilk 10-luqda yer almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR