Tahir Mirkişili: “Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında azalma aşağı səviyyədə olub”

Tahir Mirkişili: “Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında azalma aşağı səviyyədə olub”
# 10 sentyabr 2020 11:08 (UTC +04:00)

“Pandemiya dövründə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında azalma aşağı səviyyədə olub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Komitə sədri deyib ki, bu ilin 7 ayı ərzində ümumdaxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 artım olub: “Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Dünən Prezidentin fərmanı ilə İqtisadi Şura yaradılıb. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması məqsədi qoyulub. Qeyri-neft sektorunun inkişafı insan kapitalından istifadəni nəzərdə tutur. İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar qoyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR