Tbilisidə koronavirusa görə mənzil satışları 38%-ə yaxın azalıb

Tbilisidə koronavirusa görə mənzil satışları 38%-ə yaxın azalıb
# 06 may 2020 14:03 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə COVID-19 pandemiyası ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan edilməsindən sonra mənzil satışları 37,6% azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə "Galt&Taggart" bank xidmətləri və investisiya idarəetməsi şirkətinin hesabatında qeyd olunub.

Bildirilir ki, cari ilin yanvar və fevral ayları ərzində Gürcüstan paytaxtında mənzil satışları illik müqayisədə müvafiq olaraq 0,9% və 7,7% artıb, lakin mart ayında 7,7%-lik azalma qeydə alınıb. Martın ikinci yarısında, fövqəladə vəziyyət rejiminin elan edilməsindən sonra isə mənzil satışları 37,6% azalıb. Qeyd olunub ki, Tbilisidə bütün satışların 50%-i dörd şəhərətrafı rayonun – Qldani, Samqori, İsani, Didi Diqominin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR