Türk lirəsi tarixi minimumu yeniləyib

Türk lirəsi tarixi minimumu yeniləyib
# 08 oktyabr 2020 11:57 (UTC +04:00)

Bu gün Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi tarixi minimumu yeniləyib.

"APA-Economics"in məlumatına görə, Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinin pisləşməsi fonunda lirənin məzənnəsi ötən günün tarixi rekord minimal göstəricini (7,88) ötərək yeni tarixi minimuma imza atıb. Hazırda 1 dollar 7,89 lirə təşkil edir.

Qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar və valyuta bazarına yüksək dəyərdə olan müdaxilələr fonunda lirə bu il dəyərinin 25%-ni itirib. Son vaxtlar geosiyasi narahatlıqlar da lirəyə qarşı təzyiqi artırıb. Proqnozlara əsasən, lirənin zəifləməsi davam edəcək və Türkiyənin bütün ili tənəzzüldə olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR