Türkiyə martda ixracın 17% azalmasını gözləyir

Türkiyə martda ixracın 17% azalmasını gözləyir
# 02 aprel 2020 10:50 (UTC +04:00)

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan koronavirus pandemiyası ilə əlaqədar ölkə ixracının mart ayında 17% azalacağını gözlədiyini bildirib.

"APA-Economics"in "Daily Sabah"a istinadən verdiyi məlumata görə, nazirin bildirib ki, 2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin ixracının həcmi illik ifadədə 4% artıb, lakin ölkə sərhədlərinin koronavirus pandemiyasına görə bağlanması ixraca böyük bir zərbə vurub.

R. Pekcan onu da bildirib ki, İrana ixrac 82%, İraqa 48%, İspaniya və İtaliyaya 40%, Fransaya 32,5% Almaniyaya 14%, Çinə 19%, ABŞ-a isə 12% azalıb.

Qeyd edək ki, yanvar-fevral aylarında Türkiyənin ixrac həcmi illik müqayisədə 4,3% artaraq 29,4 mlrd. ABŞ dolları təşkil edib. İdxal isə illik ifadədə 14,4% artaraq 36,9 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR