ÜTT-yə ilk dəfə qadın rəhbərlik edəcək

ÜTT-yə ilk dəfə qadın rəhbərlik edəcək
# 08 oktyabr 2020 16:30 (UTC +04:00)

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə ilk dəfə olaraq qadın seçiləcək.

"APA-Economics"in "1Prime"a istinadən verdiyi məlumata görə, bu barədə ÜTT-nin rəsmi saytında bildirilir.

Məlumatda qeyd olunub ki, bu vəzifəyə namizədlərin sayı 5-dən 2-yə rnib. Onların sırasında Nigeriyadan olan nümayəndə Nqozi Okonco-İveala və Cənubi Koreyanın nümayəndəsi Yu Mön Hidir.

Məlumatda qeyd olunur ki, beləliklə, ÜTT-nin yeddinci baş direktoru qadın olacaq və bu da təşkilat üçün tarixi bir hadisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR