Vahid büdcə təsnifatına Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert daxil edilib

Vahid büdcə təsnifatına Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert daxil edilib
# 15 aprel 2021 12:41 (UTC +04:00)

Azərbaycan Respublikasının vahid büdcə təsnifatına Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert daxil edilib.

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.

Həmçinin, qərara görə, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar dedikdə, sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlər nəzərdə tutulur.

Bu gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR