Yerli Xəzinədarlıq Orqanlarının IBAN hesablarında dəyişikliklər edilib

Yerli Xəzinədarlıq Orqanlarının IBAN hesablarında dəyişikliklər edilib
# 24 avqust 2020 10:43 (UTC +04:00)

Yerli Xəzinədarlıq Orqanlarının IBAN hesablarında (International Bank Account Number) dəyişikliklər edilib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tenderlərdə iştirak haqqı ödənişlərinin hesablaşmasında və qurumun hesabına köçürülməsində problemlərin yaranmaması üçün müvafiq icra hakimiyyəti orqanı ilə bank rekvizitlərini dəqiqləşdirərək e-satınalma portalının "ASAN Ödəniş" sistemi bölməsində yeniləmək gərəkdir.

Yenilənən rekvizitlərlə növbəti linkə daxil olub "Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar" bölməsindən də tanış olmaq olar.

Qeyd edək ki, portalda "ASAN Ödəniş" sistemi vasitəsilə bank rekvizitləri əlavə edən zaman rekvizitlərin uyğunsuzluğu ilə bağlı yeni xəbərdarlıq mesajları əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR