Avropa Komissiyası qlobal ÜDM üzrə proqnozunu yaxşılaşdırıb

Avropa Komissiyası qlobal ÜDM üzrə proqnozunu yaxşılaşdırıb
# 12 may 2021 13:46 (UTC +04:00)

Avropa Komissiyası (AK) bu il qlobal iqtisadiyyatın artım tempini 5,6% səviyyəsində proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə qurumun "Spring 2021 Economic Forecast: Rolling up sleeves" adlı iqtisadi proqnozlara aid yaz nəşrində bildirilir.

Payız proqnozu ilə müqayisədə, qlobal ÜDM artımı üzrə proqnoz AK tərəfindən 1 faiz bəndi yüksəldilib, 2022-ci il üçün isə proqnoz 3,6%-dən 4,3%-ə qədər artırılıb.

AK Avropa iqtisadiyyatı üzrə də gözləntiləri nikbinləşib. Belə ki, qurum Avrozonada bu il ÜDM-nin 4,3% artacağını güman edir (ötən proqnoz – 3,8%). Gələn ilin proqnozu isə 4,4% səviyyəsində müəyyənləşdirilib.

Ölkələrə gəldikdə, AK bu il Avropada ÜDM-nin ən yüksək artım tempinin İspaniyada (5,9%) və Fransada (5,7%), ən zəif böyümənin isə Litva (2,9%) və Finlandiyada (2,7%) olacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR